Karateçimiz İtaliyada bürünc medal qazandı
Azərbaycan karateçisi Gülay Orucova (59 kq) İtaliyanın Venesiya şəhərində Dünya Karate Federasiyasının (WKF) yeniyetmə və gənclər arasında keçirilən 13-cü dünya çempionatında bürünc medal qazanıb.
Msport.az xəbər verir ki, milli üzvü yarışın son günüdə Yaponiya karateçisi İnada Naonu məğlub edərək üçüncü yeri tutub.
Qeyd edək ki, turnir 9-13 oktyabrda baş tutub. Karateçinin şəxsi məşqçisi Sənan Cəfərov, yeniyetmə və gənclərdən ibarət karate yığmamızın məşqçisi isə Anar Allahverdiyevdir.