"Karioka zədələnməsəydi, Kamran oynamayacaqdı" - Samir Abasov
Azərbaycan Premyer Liqasının 22-ci turunun “Sumqayıt” – “Şamaxı” (1:0) oyunundan sonra meydan sahiblərinin baş məşqçisi Samir Abasov CBC Sport-a açıqlama verib. Msport.az xəbər verir ki, o, “vacib olan 3 xal idi, onu da qazandıq” deyib. Abasov Kamran Əliyevin debütü haqqında da fikirlərini bildirib:
“Dieqo Karioka zədələnməsəydi, Kamran oynamayacaqdı. Çünki hazır deyil. Oyunun gedişində hərəkətləri də göstərdi ki, ilk dəqiqələrdən meydana çıxmağa fiziki baxımdan hələ hazır deyil. Sənəd problemləri var idi, düzü hələ ona ümid bəsləmirdik. Dieqonun zədələnməsi səbəbindən oynadı. Birinci oyunu idi, fərqli ab-havada doğma meydanda çıxış edirdi. Bu gün Kamranı ilk oyundan dəyərləndirmək fikrində deyiləm”.
“Sumqayıt”ın baş məşqçi VAR-ın ləğv etdiyi penalti epizodunu görmədiyi və heç nə deyə bilməyəcəyini vurğulayıb.
AYXAN







