featured-image-72136

“Karvan-Yevlax” baş məşqçi postunda dəyişiklik edib.

Msport.az xəbər verir ki, uğursuz nəticələrə görə Azər Həşimova klub rəhbərliyinin etimadı tamamilə itib və ona qapını göstəriblər.

Msport.az xəbər verir ki, məsələ bununla bitmir. Həşimov klubdan müqavilə ilə ona çatmalı olan məbləği tələb edir. Elə buna görə də, klub hələ ki, yeni baş məşqçinin adını açıqlamağa tələsmir. Həşimovun Yevlax təmsilçisi ilə müqaviləsinin müddəti mövsümün sonuna qədərdir.

“Karvan-Yevlax”ın yeni baş məşqçisinə gəlincə, bu posta Füzuli Məmmədovun gətiriləcəyi bildirilir. Məmmədov vaxtı ilə “Neftçi”nin baş məşqçisi olub.

“Karvan-Yevlax” hazırda Azərbaycan Premyer Liqasında 5 xalla turnir cədvəlinin sonuncu – 12-ci pilləsində qərarlaşıb.

Bənzər xəbərlər