"Mən getməyə hazıram" - Bruno Fernandeş
“Mançester Yunayted”in kapitanı Bruno Fernandeş klubdakı gələcəyindən danışıb.
Msport.az xəbər verir ki, Portuqaliya millisinin üzvü həmçinin “qırmızı şeytanlar”ın uzun illər çempion ola bilməməsi ilə bağlı tənqidlərə cavab verib:
“Sonuncu dəfə komandamız lap çoxdan çempion olub. İndiki heyətdən o vaxt heç kim yox idi və yəqin ki, çoxları deyəcək ki, bu komandanın çempion olmağa qadir deyillər. Mənə burada klublarında böyük titullar qazanmış futbolçularla bir yerdə oynamaq xöşbəxtliyi nəsib olub. Xuan Mata futbolda hər şeyi qazanmışdı. David de Xea titullar əldə etmişdi, Pol Poqba hər yerdə uğur qazanmışdı. Nemanya Matiç, Zlatan İbrahimoviç – onlar hər yerdə titullaq qazanıblar, lakin “Mançester Yunayted”i zirvəyə qaytara bilmədilər.
Burada elə məşqçilər işləyib ki, müxtəlif ölkələrdə, klublarda titullara sahib olublar. Lakin onlar da “Yunayted”ə çempionluğu qaytara bilmədilər. Ona görə də futbolçulara təzyiq ildən-ilə artır.
Klub rəhbərliyinə dedim ki, “Yunayted”i layiq olduğu yerə qaytarmaq üçün uyğun adam olmadığımı düşündükləri an getməyə hazıram. Mən də kuboklar əldə etmək, Premyer Liqanın qalibi olmaq, Çempionlar Liqasını qazanmaq istəyirəm. Bunu heç vaxt gizlətməmişəm. Buna nail ola biləcəyəm? Bilmirəm. Amma cəhd etməyə davam edəcəm”.







