featured-image-84466

İngiltərə Premyer Liqasında 9-cu turun ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

Msport.az xəbər verir ki, liqanın rəsmi saytı mükafat uğrunda mübarizə aparacaq altı oyunçunun adını açıqlayıb.

Siyahıya “Brayton”un qapıçısı Bart Verbruggen, “Çelsi”nin yarımmüdafiəçisi Romeo Lavia, “Everton”un futbolçusu Kirnan Dyusberi-Holl, “Tottenhem”in müdafiəçisi Yan Paul van Hekke, “Arsenal”ın yarımmüdafiəçisi Deklan Rays və “Hall Siti”nin hücumçusu Oli Makberni daxil edilib.

Qeyd edək ki, turun ən yaxşı futbolçusu azarkeşlərin səsverməsi ilə müəyyənləşəcək. Səsvermə bu gün Bakı vaxtı ilə saat 16:00-da başa çatacaq.

Bənzər xəbərlər