“Karvan” “Zaqatala”nı 3 cavabsız qolla məğlub etdi
Azərbaycan 1-ci liqasında 3-cü tura start verilib.
Msport.az xəbər verir ki, ötən tur “Şahdağ Qusar”a uduzan “Karvan Yevlax” doğma meydanda “Zaqatala”nı qəbul edib.
Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Yevlax klubunun heyətində İbrahim Əliyev dubl edib.
16 sentyabr
16:30. “Karvan-Yevlax” – “Zaqatala” – 3:0
Qollar: İ.Əliyev, 9, 22; E.Mustafayev, 45+3
Hakimlər: Kamran Əliyev, Taleh Məmmədov, Aydın Baxşıyev, Maqsud Şamıyev.
Yevlax şəhər stadionu
17 sentyabr
“Şimal” – “Şahdağ Qusar”
“Mingəçevir” – “Gəncəbasar”
“Baku Sportinq” – “Səbail”
18 sentyabr
“Xankəndi” – “MOİK”







