featured-image-30059

Cari mövsümün sonunda “Sabah”la müqaviləsi başa çatacaq Aleksey Kaşukun Bakı klubunda qalıb-qalmayacağı bəlli deyil.

Msport.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Murad Musayev səfərdə “Sumqayıt”a 4:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXXIV tur oyunundan sonra mətbuat konfransında açıqlama verib.

Rusiyalı mütəxəssis 23 yaşlı yarımmüdafiəçini saxlamaq istədiklərini bildirib: “Amma çox çətindir. Ola bilsin ki, “Şaxtyor” o dəfəki kimi təlim-məşq toplanışına aparsın, sonra isə bizə icarəyə versin. Amma düzü necə olacağını bilmirəm”.

Qeyd edək ki, Aleksey Kaşuk müqavilə ilə Ukraynın “Şaxtyor” (Donetsk) klubuna məxsusdur.

Bənzər xəbərlər