"Kəpəz" azarkeşlərinə görə cərimə olundu
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Msport.az xəbər verir ki, iclasda I Divizionun XXIV turu ilə bağlı aşağıdakı qərarlar qəbul edildi:
“Qəbələ-2” – MOİK oyununda MOİK klubunun futbolçusu Kamil Hüseynov ikinci sarı vərəqədən qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalanıb, klub 20 manat cərimə edilib.
“Qəbələ-2” – MOİK oyununa Təcili Tibbi Yardım maşını təyin edilən vaxtdan gec gəldiyinə görə “Qəbələ-2” komandası 40 manat cərimə edilib.
“Turan Tovuz-2” – “Mingəçevir” oyununda “Turan Tovuz-2” komandasının futbolçusu Abbas Ağazadə ikinci sarı vərəqədən qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalanıb, komanda 20 manat cərimə edilib.
“Şamaxı-2” – “Zaqatala” oyununda “Zaqatala” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 80 manat cərimə edilib.
“Şamaxı-2” – “Zaqatala” oyununda “Zaqatala” klubunun futbolçusu İbrahim Qədirzadə ikinci sarı vərəqədən qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalanıb, klub 20 manat cərimə edilib.
“Kəpəz-2” – “Neftçi-2” oyununda “Kəpəz-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə komanda 80 manat cərimə edilib.
“Kəpəz-2” – “Neftçi-2” oyununda meydançaya kənar əşya atıldığına görə “Kəpəz-2” komandası 160 manat cərimə edilib.
“İmişli” – “Qarabağ-2” oyunununda “Qarabağ-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə komanda 80 manat cərimə edilib.
“İmişli” – “Qarabağ-2” oyununda “Qarabağ-2” komandasının futbolçusu Elmir Abbasov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, komanda 160 manat cərimə edilib.
“İmişli” – “Qarabağ-2” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “İmişli” klubu 160 manat cərimə edilib.