featured-image-81289

“Kəpəz” daha bir transferini açıqlayıb.

Msport.az xəbər verir ki, Gəncə klubu Rəşad Əzizli ilə anlaşıb.

32 yaşlı qapıçı ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. Təcrübəli qolkiperin son klubu “Səbail” olub. O, buna qədər “Qəbələ”, “Neftçi”, “Şamaxı”, “Sumqayıt”, “Zirə”, AZAL, “Rəvan” kimi klublarda çıxış edib.

Qeyd edək ki, R. Əzizli artıq xeyli müddətdir ki, “Kəpəz”in düşərgəsindədir. O, yoxlama oyunlarında da meydana çıxmışdı.

Bənzər xəbərlər