featured-image-18591

“Kəpəz”də daha bir xoşagəlməz hadisə yaşanıb. Bir müddət əvvəl Rauf Əliyevi məşqdən qovub sonra hücumçunu əvəzedici komandaya göndərən Tərlan Əhmədov indi də Əfran İsmayılovla problem yaşayıb.

Msport.az-ın əldə etiyi məlumata görə, baş məşqçinin davranışlarından narazı qalan 34 yaşlı futbolçu onunla mübahisə edib. Daha sonra tərəflər bir-birlərini təhqir edib, söyüblər. Baş məşqçi ilə futbolçunu komandanın digər üzvləri çətinliklə sakitləşdiriblər.

Hadisədən sonra düşərgəni tərk edən yarımmüdafiəçi Bakıya gəlib.

Xatırladaq ki, Tərlan Əhmədovla Rauf Əliyev də bir-birlərini mətbuat vasitəsi ilə tənqid etmişdilər. Bundan başqa, “Kəpəz”ın çalışdırıcısısnın Əli Səmədovla da münasibətləri korlanmış və onu da əvəzedici heyətə göndərmişdi. Son olaraq isə Elvin Yunuszadə də əsas komandadan uzaqlaşdırılıb.

Bənzər xəbərlər