“Kəpəz”in baş məşqçisi: “Futbolçularda fiziki yüklənmə var”
“Hazırlıq dövrü olduğu üçün futbolçularda fiziki yüklənmə var. Bu, oyunda da görünürdü”.
Msport.az xəbər verir ki, bunu “Kəpəz”in baş məşqçisi Adil Şükürov deyib.
O, Küveytin “Əl-Yarmuk” (2:1) klubuna ilə yoxlama matçını şərh edib. Şükürov bildirib ki, yeni futbolçular özlərini yaxşı tərəfdən göstəriblər: “Əsas hədəfimiz çempionata yaxşı hazırlaşmaqdır. Bu yöndə məşqlərimiz davam edir. Çempionatın startına kimi komanda 70-80 faiz hazır olacaq. Yeni gələn oyunçular özlərini yaxşı tərəfdən göstərə bildilər. Onları bir daha bəyəndik. Bu tempdə davam etsələr, inanıram ki, komandaya çox böyük faydaları dəyəcək”.
Qeyd edək ki, avqustun 3-də “Kəpəz” səfərdə “Sumqayıt”ın qonağı olacaq.