featured-image-59182

“Böyük faciədir, bu xəbəri eşidəndə şoka düşdüm”.

Msport.az xəbər verir ki, bu sözləri “Kəpəz”in belaruslu futbolçusu Yeqor Xvalko AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən təyyarəsinin qəzaya uğraması ilə bağlı klubun rəsmi saytına açıqlamasında deyib.

Belaruslu müdafiəçi hadisənin onun üçün də çox kədərli olduğunu bildirib: “Qəzalardan heç kim sığortalanmayıb. Hamımız insanıq, bir gün öncə özüm təyyarə ilə Bakıdan vətənə dönmüşəm. Hava nəqliyyatından istifadə etmişəm. Bu hadisə hər birimizin başına gələ bilər. İstəyimiz gələcəkdə belə qəzaların baş verməməsidir. Xoşbəxtlikdən digər sərnişin daşınma növləri ilə müqayisədə təyyarələrin qəzaya uğraması nadir haldır. Amma yenə də kədərlidir. İnsanlar həyatını itirirlər. Tez-tez təyyarədən yararlanan biri kimi deyə bilərəm ki, uçuşlar mənim üçün stresdir. Hadisə zamanı həlak olanların doğmalarına başsağlığı verirəm, yaralıların tezliklə ayağa qalxmasını arzulayıram”.

27 yaşlı oyunçu qəza ilə bağlı sosial şəbəkədəki səhifəsində post paylaşıb, dəstəyini ifadə edib: “Hazırda əlimdən gələn budur, hamımız sağ qalanlar üçün dua edirik. Biz mənəvi dəstəyimizlə bu ağır hadisənin qurbanları olan insanların yaxınlarına, yaralılara kömək edə bilərik. Öyrənmişəm ki, həlak olanlar, yaralılar arasında bizim Gəncədən olanlar da var”.

Bənzər xəbərlər