featured-image-16109

“Kəpəz”in nigeriyalı hücumameylli yarımmüdafiəçisi Abbullahi Şuaybunun Msport.az saytına müsahibəsi

 

– “Kəpəz”ə keçidiniz necə baş tutdu?
– Hər şey çox sadə alındı. Agentim təklif olduğunu dedi, mən də qəbul etdim.

– Buraya gələnədək Azərbaycan futbolu haqqında nə bilirdiniz?
– Təbii ki, gəldiyim ölkə barədə müəyyən məlumatlar topladım. Azərbaycanı əvvəldən tanıyır və sevirdim. Ona görə də bu liqada oynamaq istəyirdim. Bu səbəbdən təklif gələndə çox sevindim.

– Sizi Azərbaycanda ən çox təəccübləndirən nə oldu?

– Azərbaycan xalqının demək olar ki, 98-99%-i müsəlmandır. Bu, məni təəccübləndirir. Çünki Moldovada oynayarkən bu mənada tək qalmışdım. Yalnız mən və dostum müsəlman idik.

– Azərbaycan, yoxsa Moldova futbolu?

– Azərbaycan futbolunu Moldova futbolundan çox sevirəm.

– Son turda “Səbail”lin qapısına 2 qol vurdunuz. Təəssüratlarınızı bilmək maraqlı olardı…

– İlk növbədə mənə bu şansı verən Allaha şükür edirəm. Matçdan əvvəl baş məşqçi mənə inanılmaz motivasiya verdi. Dubl etməyim isə, təbii ki, məni çox sevindirdi.

– “Kəpəz”ə keçməkdə əsas hədəfiniz nədir: bu komandadan tramplin kimi istifadə etmək istəyirsiniz, yoxsa qalıb oynamaqda maraqlısınız?

– İstəyirəm ki, Tanrı karyeramda daha yüksək səviyyəyə qalxmağıma kömək etsin.

Bənzər xəbərlər