featured-image-30317

“Kəpəz”in hücumçusu Abdullahi Şuaybunun Msport.az saytına müsahibəsi

– “Neftçi” ilə oyunda fərqləndiniz və bu sizin Azərbaycanda 11-ci qolunuz oldu. Belə uğurlu çıxış gözləyirdiniz?
– Allaha şükürlər olsun, qol vura bildim. Buna görə çox xoşbəxtəm, əla hisslər keçirirəm. Amma bu, hələ son deyil. İrəliyə baxır və daha çox fərqlənmək istəyirəm.
Bəs, oyunla bağlı nə deyə bilərsiniz?
– Matç çox çətin keçdi. İlk hissədə rəqibi təzyiq altında saxlaya bildik. Yaxşı çıxış etsək də, 3 top buraxıb məğlub olduq.

Sizcə, qələbə hesabını qorumağa nə mane oldu?
– Bu, futboldur. Belə hallar olur. Artıq “Neftçi” ilə görüşü unutmalıyıq.
– Mövsüm başa çatır. Gələcək planlarınız necədir?
– Klub rəhbərliyi və agentimin qərar verməsini gözləməliyəm.
– “Kəpəz”dən sizə yeni müqavilə təklif olunub?
– Dediyim kimi, hələlik gözləmə mövqeyindəyəm. Nəyin necə olacağını zaman göstərəcək.
– “Neftçi”nin sizinlə maraqlandığı barədə xəbərlər dolaşır. Bu iddialar nə dərəcədə həqiqətə uyğundur?
– Bu barədə heç nə bilmirəm. Məlumatım yoxdur. Transfer məsələləri ilə agentim məşğul olur.

Bənzər xəbərlər