"Kəpəz" millimizin sabiq oyunçusu ilə anlaşdı - RƏSMİ
Transfer çalışmalarını davam etdirən “Kəpəz” heyətə daha bir futbolçu cəlb edib.
Msport.az xəbər verir ki, Gəncə təmsilçisi Namiq Ələsgərovla anlaşıb. 31 yaşlı yarımmüdafiəçi mövsümün sonuna kimi “sarı-göylər”in formasını geyinəcək.
Qeyd edək ki, Namiq Ələsgərov son mövsümdə “Zirə”nin heyətində çıxış edib. 2015/2016-cı il mövsümünün ikinci yarısında “Kəpəz”in formasını geyinən futbolçu 15 oyunda 3 qola imza atıb. Namiq Ələsgərov Azərbaycan millisinin də formasını geyinib.







