“Kəpəz” yeni baş məşqçisini açıqladı - RƏSMİ
“Kəpəz” yeni baş məşqçisi ilə bağlı razılıq əldə edib.
Msport.az xəbər verir ki, bu barədə Gəncə klubu məlumat yayıb.
Klub Azər Məmmədovla anlaşıb. 50 yaşlı mütəxəssislə yaxın günlərdə rəsmi müqavilə imzalanacaq. Tərəflər arasında bağlanacaq müqavilə mövsümünün sonunadək qüvvədə olacaq.
Qeyd edək ki, Azər Məmmədov 2023-cü ildə də “Kəpəz”i çalışdırıb.







