Kevin de Bruyne Stiven Cerrarda çatdı
“Mançester Siti”nin futbolçusu Kevin de Bruyne “Liverpul”un sabiq kapitanı Stiven Cerrardın İngiltərə Premyer Liqasındakı nailiyyətini təkrarlayıb.
Msport.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi buna “Vulverhempton”u 3:0 hesabı ilə məğlub etdikləri səfər oyununda nail olub.
Belçikalı oyunçu 8-ci tur çərçivəsində baş tutan bu matçda 2 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli yarımmüdafiəçi Premyer Liqada məhsuldar ötürmələrinin ümumi sayını 92-yə çatdırıb. Lakin Stiven Cerrard bu göstəriciyə 504, Kevin de Bruyne isə 287 qarşılaşmada çatıb.
Xatırladaq ki, Kevin de Bruyne 2015-ci ildən “şəhərlilər”in formasını geyinir.
İngiltərə Premyer Liqasında məhsuldar ötürmə rekordu isə “Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Rayan Giqqzə məxsusdur – 162.