featured-image-35905

“Neftçi”nin yarımmüdafiəçisi Kilan Lebon Sent Martin millisinə dəvət olunub.

Msport.az xəbər verir ki, 26 yaşlı futbolçu yığmanın heyətində sentyabrın 4-dən 12-dək, oktyabrın 9-dan 17-dək, noyabrın 13-dən 21-dək keçiriləcək KONKAKAF Millətlər Liqasının oyunlarına çağırılıb.

Qeyd edək ki, bu ilin yanvarında transfer olunan Kilan Lebon “Neftçi”nin heyətində 26 rəsmi oyunda meydana çıxıb, 5 qol vurub.

Bənzər xəbərlər