Konate “Zirə”dən niyə ayrılıb?
Brahim Konatenin “Zirə”dən ayrılma səbəbi müəyyənləşib.
Msport.az Afrika mətbuatına istinadən xəbər verir ki, Bakı klubu 30 yaşlı yarımmüdafiəçinin xidmətinə ehtiyac duymayıb.
Bildirilib ki, heyətində aparılan dəyişikliklərdən sonra qəsəbə təmsilçisi növbəti mövsüm üçün Konateni əsas heyət üzvü qismində görməyib. Həmçinin futbolçu özü də iş yerini dəyişməkdə maraqlı olub.
Üstəlik, onun yüksək ödənişli oyunçu olması ayrılığı şərtləndirən amillərdən olub. Nəticədə dəyəri 800 min avroya bərabər göstərilən orta sahə oyunçusu “Zirə” ilə müqaviləsinə qarşılıqlı razılıqla xitam verib. Artıq azad agent statusu daşıyan malili yarımmüdafiəçi hazırda özünə yeni komanda axtarır.
Qeyd edək ki, Brahim Konate “Zirə”yə ötən ilin yayında “Şamaxı”dan keçib.







