featured-image-67890

Azərbaycan klubları “Zirə”, “Sabah” və “Araz-Naxçıvan” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində bu gün cavab matçlarını keçirəcəklər.

Msport.az xəbər verir ki, “Zirə” səfərdə “Hayduk”un qonağı olacaq.

Görüşə Split şəhərindəki “Polyud” stadionunda, saat 23:00-da start veriləcək. Komandalar arasında ilk matç 1:1 hesabı ilə nəticələnib. “Hayduk” – “Zirə” cütünün qalibi “Atletik” (Andorra) – “Dinamo Siti” (Albaniya) matçında üstün olan tərəflə üz-üzə gələcək.

“Sabah” Bakıda “Petrokub”la üz-üzə gələcək. Vadas Dambrauskasın baş məşqçisi olduğu komanda ilk görüşdə Moldova təmsilçisini 2:1 hesabı ilə üstələyib. Bu cütün qalibi UEFA Avropa Liqasının II təsnifat mərhələsində baş tutacaq “Levski” (Bolqarıstan) – “Braqa” (Portuqaliya) matçının məğlubu ilə qarşılaşacaq.

“Araz-Naxçıvan” isə səfərdə Yunanıstan təmsilçisi “Aris”lə görüşəcək. Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda ilk oyunda 2:1 hesablı qələbəyə sevinib. Bu cütün qalibi III təsnifat mərhələsində “Omoniya” (Kipr) – “Torpedo” (Gürcüstan) görüşünün qalibi ilə üz-üzə gələcək.

 

UEFA Konfrans Liqası

II təsnifat mərhələsi, cavab görüşləri

31 iyul

 

20:00. “Sabah” (Azərbaycan) – “Petrokub” (Moldova)

Baş hakim: Danilo Nikoliç (Serbiya).

Masazır, “Bank Respublika Arena”

İlk oyun – 2:1

 

22:15. “Aris” (Yunanıstan) – “Araz-Naxçıvan” (Azərbaycan)

Baş hakim: Devid Dikinson (Şotlandiya).

Saloniki, “Kleantis Vikelidis” stadionu

İlk oyun – 1:2

 

23:00. “Hayduk” (Xorvatiya) – “Zirə” (Azərbaycan)

Baş hakim: Luka Payretto (İtaliya)

Split, “Polyud” stadionu

İlk oyun – 1:1

Bənzər xəbərlər