featured-image-51479

“Sumqayıt”, “Zirə” və “Sabah” klubları UEFA Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyunlarını bu gün keçirəcəklər.

Msport.az xəbər verir ki, Sumqayıtın eyniadlı təmsilçisi doğma meydanda “Fehervar”ı (Macarıstan) qəbul edəcək.

“Zirə” “Dalğa Arena”da Slovakiyanın “DAK 1904” klubu ilə qarşılaşacaq.

“Sabah” komandası isə səfərdə İsrail təmsilçisi “Makkabi”nin (Hayfa) qonağı olacaq. Bu görüş Macarıstanın “Varkert” stadionunda baş tutacaq.

“Sumqayıt”ın Macarıstan klubu ilə oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. “Zirə” – “DAK 1904” qarşılaşması saat 20:30-da start götürəcək. “Makkabi” (Hayfa, İsrail) – “Sabah” görüşünə isə saat 21:15-də start veriləcək.

UEFA konfrans Liqası

II təsnifat mərhələsi, ilk oyun

25 iyul

20:00. “Sumqayıt” – “Fehervar” (Macarıstan)

Baş hakim: Florian Lata (Albaniya).

Sumqayıt, Mehdi Hüseynzadə adına şəhər stadionu.

20:30. “Zirə” – “DAK 1904” (Slovakiya)

Baş hakim: İvo Torres (Lüksemburq).

Mərdəkan, “Dalğa Arena”.

21:15. “Makkabi” (Hayfa, İsrail) – “Sabah”

Baş hakim: Natan Verboomen (Belçika).

Macarıstan, “Varkert” stadionu.

Bənzər xəbərlər