featured-image-53052

Bu gün “Zirə” UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununa çıxacaq.

Msport.az xəbər verir ki, Azərbaycan təmsilçisi Kiprdə “Omoniya” ilə üz-üzə gələcək.

Larnaka şəhərindəki GSP stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Görüşü estoniyalı hakim Yuri Frişer idarə edəcək.

Qeyd edək ki, tərəflər arasındakı cavab oyunu bir həftə sonra “Liv Bona Dea Arena”da keçiriləcək.

Bənzər xəbərlər