featured-image-53557

“Zirə” cari mövsüm UEFA Konfrans Liqasında sonuncu oyununu keçirib.

Mdport.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv pley-off mərhələsinin cavab matçında Bakıda Kiprin “Omoniya” klubunu qəbul edib.

Qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 1:0.

79-cu dəqiqədə Rafael Utziq fərqlənib.

Səfərdə rəqibinə altı cavabsız qolla uduzan “Zirə” avrokubokla vidalaşmalı olub.

Bənzər xəbərlər