featured-image-71998

“Qarabağ”ın Çempionlar Liqasındakı növbəti rəqibi “Napoli” İtaliya A seriyasının 12-ci turunda “Atalanta”nı 3:1 hesabı ilə məğlub edib.

Msport.az xəbər verir ki, meydan sahibləri birinci hissədə David Neresin dublu və Noa Lanqın vurduğu qolla qələbəni təmin edib.

Oyundan sonra Neapol klubunun baş məşqçisi Antonio Konte “Qarabağ”la qarşıdakı görüşdən də danışıb. Təcrübəli mütəxəssis əvvəlcə “Bolonya”ya məğlubiyyətdən (0:2) sonra onun ünvanına yönəlmiş tənqidlərə cavab verib:

“Mənim futbolçularla çox yaxşı münasibətlərim var. Biz hər zaman bir-birimizə həqiqəti söyləməyə çalışırıq. Mən çox açıq insanam, maska taxmıram. Bu, çoxlarının xoşuna gəlmir. Amma məni hər zaman doğru danışmağa və lazım gələrsə, hadisələrə müdaxilə etməyə öyrədiblər”.

Daha sonr Konte Azərbaycan çempionu ilə oyuna da toxunub: “Çərşənbə axşamı bizi Çempionlar Liqasının sürpriz komandası “Qarabağ”la oyun gözləyir. Gücümüzü toplayıb Çempionlar Liqasının bu oyununa hazırlaşmalıyıq”.

Bənzər xəbərlər