featured-image-81205

“Qarabağ”ın qapıçısı Mateuş Koxalski karyerasını yenidən Polşada davam etdirməyə yaxındır.

Msport.az xəbər verir ki, bu barədə  jurnaıist Rafal Gikeviç məlumat yayıb.

26 yaşlı qolkiper Ekstraklasa təmsilçisi “Veçista”ya (Krakov) keçməyə yaxındır.

Hələlik mümkün transferin maliyyə şərtləri ilə bağlı konkret məlumat yoxdur.

Qeyd edək ki, Koxalski 2024-cü ildə “Stal”dan (Melets) “Qarabağ”a gəlib.

O, daha əvvəl ölkəsinə qayıtmaq variantını nəzərdən keçirdiyini və “Vidzev”in onunla ciddi maraqlandığını da açıqlamışdı.

Bənzər xəbərlər