featured-image-18449

Portuqaliya milli komandasının  kapitanı Kriştianu Ronaldu yığmada baş verənlərlə bağlı açıqlama yayıb.

Msport.az xəbər verir ki, instaqram hesabında paylaşım edən 37 yaşlı hücumçu komanda olaraq sıx birləşdiklərini bildirib:

“Portuqaliya milli komandası kənar qüvvələr tərəfindən parçalana bilməyəcək qədər birləşmiş vəziyyətdədir. Hər hansı bir düşmənin qorxuda bilməyəcəyi qədər cəsur ölkəyik. Xəyalımız üçün sona qədər savaşacağıq”.

Qeyd edək ki, “Record” nəşri DÇ-2022-nin 1/8 final mərhələsinin İsveçrə ilə matçında (6:1) start heyətdə yer almayan Kriştianu Ronaldunun baş məşqçi Fernando Santuşu millinin düşərgəsini tərk edəcəyi ilə təhdid etdiyini yazıb.

Bənzər xəbərlər