"Kurban Berdıyev 100 yaşına kimi məşqçilik edə bilər"
“Berdıyev 100 yaşına kimi məşqçilik edə bilər”.
Msport.Az xəbər verir ki, bu sözləri “Rubin”in sabiq yarımmüdafiəçisi Bibras Natxo “Turan Tovuz”un yeni baş məşqçisi Kurban Berdıyev haqqında danışarkən deyib.
İsrailli futbolçu 71 yaşlı mütəxəssisi karyerasının ən yaxşısı adlandırıb: “O, özünü tamamilə futbola həsr edib. 7/24 bununla məşğul olur. Berdıyev ən xırda detallara fikir verir, ona görə də qəti şəkildə deyə bilərəm ki, o, bütün karyeramın ən yaxşı məşqçisidir. Ona ən yaxşısını arzulayıram”.
Qeyd edək ki, Natxo “Rubin”də Berdıyevin rəhbərliyi altında oynayıb.