Kurban Berdıyev oyunun yayımlanmasını istəmədi, "Kocaelispor" bəyanat yaydı
Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Turan Tovuz”un “Kocaelispor”la yoxlama oyunu ləğv olunub.
Msport.az xəbər verir ki, buna səbəb Qərb klubunun baş məşqçisi Kurban Berdıyevin oyunun yayımlanmasına qarşı çıxması olub.
Türkiyə klubu sosial şəbəkə hesabında baş tutmayan görüşlə bağlı paylaşım edib: “Bu gün saat 16:00-da “Turan Tovuz” komandası ilə keçirilməli olan oyun rəqib komandanın son anda matçın canlı yayımlanmasına qarşı çıxdığı üçün ləğv edilmişdir.
Qeyd edək ki, Kurban Berdıyevin rəhbərlik etdiyi komanda daha əvvəl yoxlama matçlarında Türkiyə təmsilçiləri “Pendikspor” (0:0) və “Adana Dəmirspor”la (3:3) heç-heçə edib.