featured-image-659

Azərbaycan və Latviya milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununun təyinatları məlum olub.

Msport.az xəbər verir ki, matçı Maltadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Trustin Farrugia Kanna laynsmanlar Luke Portelli və Dunkan Sultana köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Andrea Skiriha icra edəcək.

Qeyd edək ki, martın 29-da Maltadakı Milli Stadionda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Bənzər xəbərlər