featured-image-18010

Polşa dünya çempionatının 1\8 final mərhələsində Fransa millisi ilə qarşılaşacaq.

Msport.az “RMC Sport”a istinadən polşalıların lideri Robert Levandovskinin qarşıdakı oyunla bağlı fikirlərini təqdim edir:

“Fransa favoritdir. Polşa onlara problem yaratmaq üçün çox güclü oynamalıdır. Xüsusən də hücumda çox olmalıyıq. Onların əla komandası var. Lakin Tunislə görüşdən sonra hesab edirik ki, hər şey mümkündür.

Bu bizim üçün böyük çağırışdır. Bilirik ki, heyətlərində necə futbolçular var, ancaq sona qədər mübarizə aparıb, maksimumu etməyə çalışacağıq. Fransa son çempiondur. Ola bilsin ki, onlar yenə mundialı qazana bilərlər. Odur ki, bu, bizim üçün böyük sınaqdır. Argentina ilə matçdan daha yaxşı oynamalıyıq”.

Polşa – Fransa oyunu dekabrın 4-də saat 19:00-da başlayacaq.

Bənzər xəbərlər