featured-image-35926

Bu gün Azərbaycanın I və II Liqasının püşkü atılıb.

Msport.az xəbər verir ki, mərasimdə PFL-in vitse-prezidenti Aslan Şahgəldiyev, media və marketinq direktoru Sənan Abdullayev, texniki-idman direktoru Elgiz Abbasov iştirak edib.

Abdullayev püşkatmadan sonra jurnalistlərin suallarını cavablandırıb:

– Liqaların yayım məsələsi necə tənzimlənəcək?
– Bir neçə yayım şirkəti ilə danışıqlar aparırıq. Yekun nəticə əldə olunana qədər I Liqanın bütün oyunları istisnasız olaraq canlı yayımlanacaq. II Liqadakı matçların canlı yayımı üçün ciddi işlər aparılır. I Liqanın canlı yayımlanacağı dəqiqdir, II Liqada da eynisi üçün çalışırıq. Bütün prosedurlar həyata keçirildikdən sonra I və II Liqa oyunlarının “I Liqa/II Liqa” yutub kanalımızda canlı yayımı olacaq. Bu, ən azı 1 ay müddət üçün nəzərdə tutulub. Daha sonra hər hansı şirkətlə müqavilə imzalansa, ola bilər ki, matçları izləmək üçün müəyyən məbləğ ödəməklə həmin qurumun tətbiqində canlı baxmaq mümkün olsun.

– Liqaların onlayn yox, televiziya yayımı ola bilərmi?
– TV-də canlı yayımın həyata keçirilməsi böyük xərc tələb edir. Hazırda ancaq Premyer Liqa “CBC Sport”la canlı yayımlanır. Digər liqaların tv yayımı nəzərdə tutulmayıb.

– Premyer Liqada 7 kameradan istifadə olunur. I və II Liqada yayım necə olacaq?
– Məsələ ondan ibarətdir ki, biz klublara əvəzedici heyətlərinin görüşlərini canlı verməsini tövsiyə etmişik. Görünən odur ki, hansı komandanın əvəzedicisi böyük hesabla məğlub olursa, onlar həmin oyunun videoicmalını saytlarına, sosial şəbəkələrə yükləməkdə maraqlı olmurlar. Əlimizdən gələni edirik ki, digər liqaların bütün oyunlarını canlı yayımlayaq.

Bənzər xəbərlər