featured-image-17654

İspaniya milli komandasının baş məşqçisi Luis Enrike futbolçuların dünya çempionatı vaxtı sekslə məşğul olmalarından danışıb.

Msport.az “Football Espana”ya istinadən xəbər verir ki, o, azarkeşlərdən birinin “mundial vaxtı oyunçular intim əlaqədən qaçmalıdırlarmı” sualına belə cavab verib:

“Biz indi təlim-məşq toplanışındayıq. Odur ki, bu məsələ indi alınmayacaq. Lakin ümumiyyətlə, bu cəfəngiyyatdır.

Əlbəttə, oyundan bir gün əvvəl dəlicəsinə gecə əylənmək yaxşı ideya deyil. Amma sağlam düşüncə hüdudlarında olar. Hər kəs öz həyat yoldaşı ilə, sevgilisi ilə, ya da kiminlə istəyir, onunla.

İndi biz təlim-məşq toplanışında olduğumuzdan yığmada alınmayacaq. Futbolçular klubların düşərgəsində olanda evdə yatırlar. Əgər onlar sekslə məşğul olurlarsa, bu onlara lazımdırsa, xeyir gətirirsə, o zaman ümumiyyətlə, narahat olmuram. Mən tərəfdarıyam ki, futbolçular maksimal dərəcədə öz adi həyatlarını yaşasınlar.

Bu çox vacibdir. Mən futbolçu olanda? Biz edə biləndə, nənim həyat yoldaşım və mən…Biz lazım olanı edirdik”.

İspaniya qrup mərhələsində 2-ci oyununu noyabrın 27-də Almaniyaya qarşı keçirəcək.

 

Bənzər xəbərlər