Lunyovun “Qarabağ”dakı maaşı
Andrey Lunyovun “Qarabağ”dakı qazancı bəlli olub.
Msport.az xəbər verir ki, bunu rusiyalı qapıçının sabiq agenti Anton Smirnov açıqlayıb.
O, 32 yaşlı qolkiperin illik maaşının öncədən də mətbuata sızdığı kimi az olduğunu təsdiqləyib: “Öncədən danışılırdı ki, “Qarabağ” 1 illik müqavilə imzalamayacaq. Onlar perspektivi görmək və gələcəkdə kimə güvənməyi dərk etmək istəyində idilər. Hesab edirdilər ki, Andrey bir ili normal keçirsə, müqavilənin artırılması bəndi olmalıdır. Maliyyə şərtləri cüzi idi. Azərbaycan mətbuatında da yazıldığı kimi, 200 min avro. Amma razılaşmışdıq ki, hər şey yaxşı olsa, dekabrda şərtlərə yenidən baxılacaq və müqavilənin uzadılması təklif ediləcək. Hamı gözəl başa düşürdü ki, həmin şərtlər çox aşağıdır”.
Qeyd edək ki, Lunyov 2023-cü ilin yayından “Qarabağ”da forma geyinir.