featured-image-45554

Rusiya millisinin qapıçısı Andrey Lunyovun “Qarabağ”ın düşərgəsinə qoşulacağı vaxt bəlli olub.

Msport.az xəbər verir ki, 32 yaşlı qolkiper bu barədə “Championat” nəşrinə açıqlama verib.

Təcrübəli oyunçu bu gün “köhlən atlar”ın düşərgəsində olacağını vurğulayıb.

Qeyd edək ki, martın 23-də Rusiya yığmasının təlim-məşq toplanışı başa çatıb. Daha əvvəl komandanın Paraqvay seçməsi ilə yoldaşlıq görüşü ölkədəki terror aktına görə ləğv edilib. Qarşılaşma bu gün gerçəkləşməli idi. Rusiya millisi martın 21-də Serbiyanı dörd cavabsız qolla üstələyib. Lunyov bu matçda meydana çıxmayıb.

Bənzər xəbərlər