"Mahir "Dinamo"ya hazır gəlməmişdi"
Xorvatiya mətbuat “Dinamo Zaqreb”də çıxış edən millimizin üzvü Mahir Emrelinin zədələnməsindən yazıb.
Msport. az xəbər verir ki, “Jutarnji List” nəşri 25 yaşlı futbolçunun baş məşqçi Jelko Kopiçin etimadını qazandığı vaxtda zədələnməsinin yerinə düşmədiyini qeyd edib:
“Dinamo” üçün yeni problem yaranıb. Daha bir hücumçu zədələnib. Hansı ki, son vaxtlarda inam qazanmağa başlamışdı. Ümumiyyətlə, geridə qalan həftə “Dinamo”nun futbolçuları üçün ağrılı həftə oldu. Marko Bulat və Daniel Zaqoraç cümə günü məşq zamanı zədələndi.
Mahir Emreli də “Slaven”lə matçı buraxmalı oldu.
Hələlik azərbaycanlı hücumçunun yaxın günlərdə meydanda olub-olmayacağını bilmirik. Ancaq belə vaxtda pauza ona lazım deyildi. Onsuz da “Dinamo”ya hazır gəlməmişdi. Bir az ritm tutduğu, baş məşqçinin etimadını qazandığı vaxtda bazar günü keçirilən matçı buraxmalı oldu”.
Mahir zədə səbəbindən millimizin Malta və Latviya ilə yoldaşlıq oyunlarına da çağırılmayıb.