featured-image-51876

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Zaqreb “Dinamo”sundan ayrılıb.

Mdport.az xəbər verir ki, bununla bağlı Xorvatiya klubunun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Klub göstərdiyi xidmətə görə Mahirə təşəkkür edib və uğurlar arzulayıb.

Qeyd edək ki, 2022-ci ildən “Dinamo”dan çıxış edən Mahir Emrelinin Almaniyanın 2-ci Bundesliqa təmsilçisi “Nürnberq”ə keçəcəyi gözlənilir.

Bənzər xəbərlər