featured-image-22766

“Konyaspor”la anlaşan millimizin hücumçusu Mahir Emreli Türkiyəyə yollanıb. Msport.az xəbər verir ki, 24 yaşlı futbolçu instagramda təyyarədən fotosunu paylaşıb.

Qeyd edək ki, forvard cari mövsümün sonuna kimi “Konyaspor”da icarə əsasında çıxış edəcək. Türkiyə klubu yayda Mahirin transfer hüquqlarına yiyələnməyə çalışacaq.

Ötən ilin yanvarından Zaqreb “Dinamo”sunun şərəfini qoruyan həmyerlimiz 13 oyunda 3 qol vurub.

ELNUR MƏMMƏDLİ 

media-WhatsApp Image 2023-02-12 at 14.04.38

Bənzər xəbərlər