Mahir Emreli “Rakuv”da növbəti qolunu vurdu
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın “Rakuv” klubunda növbəti qolunu vurub.
Msport.az xəbər verir ki, 29 yaşlı hücumçu Xorvatiyanın “Hayduk” komandasına qarşı keçirdikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda da fərqlənməyi bacarıb.
Emreli 88-ci dəqiqədə adını tabloya yazdırıb. O, komandasının bərabərlik qoluna imza atıb – 2:2.
Qeyd edək ki, tərəflər arasındakı ilk qarşılaşma 2:2 hesabı ilə bitmişdi. Cavab matçında “Hayduk” 3:2 hesablı qələbə qazanaraq, əsas mərhələyə yüksəlib.







