featured-image-51589

Azərbaycan millisinin futbolçusu Mahir Emreli karyerasını Təbrizin “Traktor” komandasında davam etdirə bilər.

Msport.az xəbər verir ki, bu barədə İranın “Total Futball” teleqram kanalı məlumat yayıb.

Təbriz klubunun 27 yaşlı hücumçu ilə danışıqlar apardığı da vurğulanıb.

Qeyd edək ki, son olaraq Xorvatiya çempionu “Dinamo”da çıxış edən Mahir Emrelinin Almaniya təmsilçisi “Nürnberq”ə keçəcəyi gözlənilir.

Bənzər xəbərlər