featured-image-683

“Dinamo Zaqreb”in baş məşqçisi Jelko Kopiç komandanın futbolçusu Mahir Emrelinin zədəsi haqda danışıb.

Msport.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, o, millimizin üzvünün komandaya hazırlıqsız gəldiyini deyib: “O, koronavirusun ağır formasını keçdi. Oynamamasının səbəbi də bu idi. “Hayduk”la matçda baş verənləri sizə danışacağam. Məşqdə yaxşı idi və ona əsas heyətdə yer verdim. Sonra ilk sprintdə əzələ ağrısı hiss etdi. Heç nə ilə yadda qalmasa da, oynamağa davam etdi. Yalnız sonradan onun əzələsində problem yarandığını öyrəndik”.

Kopiç deyib ki, Emreli zədələnməsini ondan gizlətmək istəyib:  Ondan zədələndiyini niyə demədiyini soruşdum. Cavabında  komandanı gücləndirmək üçün gəldiyini və  ondan çox şey gözlənildiyini dedi.  Derbi idi deyə, stadion da dolu idi. Mahir buna görə kömək etmək istədiyini söylədi”.

Qeyd edək ki, M.Emreli “Hayduk”la görüşün (0:0) 56-cı dəqiqəsində əvəzlənib. O, zədə səbəbindən yoldaşlıq oyunları üçün millimizə çağırılmayıb.

Bənzər xəbərlər