"Mahir formada olmasa da, transfer etmək istəyirik" - "Nürnberq" rəsmisi
Almaniyanın “Nürnberq” klubu millimizin və Zaqreb “Dinamo”sunun üzvü Mahir Emreliyə maraq göstərməkdə davam edir. xidmətində
Msport.az xəbər verir ki, 2-ci Bundesliqa təmsilçisinin idman direktoru Joti Xatsialeksiu “Bild” nəşrinə müsahibəsində hücumçu ilə bağlı açıqlama verib.
O, 27 yaşlı futbolçunu hazırda tam formada olmasa, transfer etmək istədiklərini bildirib.
Qeyd edək ki, Xatsialeksiu ötən həftə də “Mahirə maraq göstərdiklərini vurğulamışdı.