"Sumqayıt" "Şəfa" ilə bərabərə qaldı
Azərbaycan Premyer Liqasında 10-cu tura yekun vurulub.
Msport.az xəbər verir ki, turun son oyununda “Sumqayıt” öz meydanında “Şəfa”nı qəbul edib. Qonaqlar 31-ci dəqiqədə hesabı açsa da, üstünlüyü qoruyub saxlaya bilməyiblər – 1:1. Bu, debütant “Şəfa”nın cari mövsümdə 4-cü xalı olub.
2 noyabr (bazar ertəsi)
Azərbaycan Premyer Liqası, 10-cu tur
19:00. “Sumqayıt” – “Şəfa” – 1:1
Qollar Musa Quel, 31 (0:1), Ronaldo Vaskez, 71 (1:1)
Hakimlər: Nicat İsmayıllı, Zöhrab Abbasov, Tərlan Talıbzadə, Əli Əliyev
VAR: Rauf Cabarov
AVAR: Gülnurə Əkbərzadə
“SOCAR Polymer Arena”
Turun digər nəticələri
“Turan Tovuz” – “Sabah” – 3:2
“Qəbələ” – “Qarabağ” – 0:0
“Araz-Naxçıvan” – “Zirə” – 2:2
“Kəpəz” – “İmişli” – 1:0
“Şamaxı” – “Neftçi” – 2:3







