Mahir "Nürnberq"də qol hesabını möhtəşəm zərbə ilə açdı
Mahir Emreli Almaniyanın “Nürnberq” klubunda ilk qoluna imza atıb.
Msport.az xəbər verir ki, Azərbaycan millisinin üzvü II Bundesliqada “Qroyter”ə qarşı oyunda hesabı açıb. Mahir qol sevincini baş məşqçi Miroslav Klozeni qucaqlayaraq qeyd edib.
Hazırda matçda fasilədir. İlk hissədən sonra hesab qonaqların xeyrinədir – 3:0.