Maluda “Sabah”ın tarixinə düşdü
“Sabah”ın futbolçusu Aron Maludanın Azərbaycan Premyer Liqasının VIII turunda “Zirə”nin qapısına vurduğu qol tarixə düşüb.
Msport.az xəbər verir ki, oyunun 45+2-ci dəqiqəsində fərqlənən hücumçu “bayquşlar”ın bütün turnirlərdə vurduğu 400-cü qolun da müəllifi olub.
O, rəqib komandanın qapısının torunu silkələməklə həmçinin “Sabah”dakı qol hesabını açıb.
Qeyd edək ki, “Sabah” – “Zirə” oyunu birincilərin 3:0 hesablı qələbəsi ilə bitib.