“Mançester Yunayted” ona yeni müqavilə təklif etdi
“Mançester Yunayted” Brunu Fernandeşlə müqavilənin müddətini artırmağı planlaşdırır.
Msport.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira paylaşım edib.
İngiltərə klubu Portuqaliya millisinin üzvü ilə 2029-cu ilə qədər nəzərdə tutulan müqavilə bağlamaq istəyir.
31 yaşlı futbolçu cari mövsümdə 2 oyunda meydana çıxıb 3 qol vurub və 1 məhsuldar ötürmə verib.
Onun hazırki müqaviləsi 2027-ci ilin iyununa qədər nəzərdə tutulub.







