featured-image-83398

Argentina prokurorluğu əfsanəvi futbolçu Dieqo Maradonanın ölümündən əvvəl müalicəsi ilə məşğul olan tibb işçilərinin 12 ilədək müddətə azadlıqdan məhrum edilməsini tələb edib.

Msport.az xəbər verir ki, 2020-ci il noyabrın 25-də vəfat edən Maradonanın ölümü ilə bağlı 2026-cı ilin aprelindən etibarən yeddi tibb işçisi məhkəmə qarşısına çıxarılıb. Təqsirləndirilənlər arasında futbolçunun şəxsi həkimi Leopoldo Luke, psixiatr, psixoloq, tibb bacıları və tibbi yardımın koordinasiyasına cavabdeh şəxslər var. Onlar tibbi yardımın göstərilməsində ciddi pozuntulara yol verməkdə ittiham olunurlar. Təqsirləndirilən şəxslər ittihamları qəbul etmirlər.

Prokuror Patrisio Ferrari yekun çıxışı zamanı tibbi heyətin fəaliyyətini xaotik adlandırıb. O bildirib ki, həkimlərin işindəki nizamsızlıq Maradonanın köməksiz vəziyyətdə qalmasına və faktiki olaraq taleyin ümidinə buraxılmasına səbəb olub.

Prokurorluq futbolçunun şəxsi həkimi Leopoldo Luke üçün 12 il həbs cəzası istəyib. Digər tibb işçiləri üçün isə 4 ildən 10 ilədək həbs cəzası tələb olunub.

Qeyd edək ki, Maradona beyin damarındakı laxtanın çıxarılması əməliyyatından sonra bərpa prosesi keçirdiyi vaxt dünyasını dəyişib.

Bənzər xəbərlər