Dezire Due bir neçə ay komandasına kömək edə bilməyəcək
PSJ-nin hücumçusu Dezire Due Fransa çempionatının 11-ci turunun “Nitsa” ilə oyununda (3:2) zədə alıb.
Msport.az xəbər verir ki, 21 yaşlı futbolçuya sağ dizin ön çarpaz bağının yırtılması diaqnozu qoulub.
Fransa millisinin üzvünün bir neçə ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
Dezire Due 38-ci dəqiqədə meydanın ortasında yıxılaraq oyunu davam etdirə bilməyib və əvəzlənib.







