featured-image-47930

“Hisslərim izaholunmazdır”.

Msport.az xəbər verir ki, bunu Azərbaycan güləşçisi Mariya Stadnik deyib.

Türkiyənin İstanbul şəhərində Dünya Olimpiya Təsnifat Turnirində 50 kq çəkidə Paris-2024-ə lisenziya qazanan titullu idmançı Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə təəssüratlarını açıqlayıb: “5-ci dəfə Olimpiadaya vəsiqə qazanmaqla qadın güləşində ilkə imza atdım. Bu uğura gedən yol çətin olsa da, bunu bacardım. Buna görə Allaha şükür edirəm. Olimpiada ilə bağlı indi danışmaq istəmirəm. Yaşayıb görərik”.

Qeyd edək ki, Azərbaycan güləşçiləri Paris Olimpiadasına 12 vəsiqə qazanıb.

Bənzər xəbərlər