Mbappe PSJ-dən gedəcəyini açıqladı - RƏSMİ
Kilian Mbappe PSJ-dən getdiyini açıqlayıb. Msport.az xəbər verir ki, fransalı hücumçu bu barədə X sosial şəbəkəsində paylaşım edib:
“Salam, bu mənəm Kilian. Mən sizinlə danışmaq istəyirəm. Həmişə deyirdim ki, vaxtı gələndə sizinlə danışmaq istəyirəm. Elan etmək istəyirəm ki, PSJ-də son mövsümümü keçirirəm. Mən müqaviləmi uzatmayacam, ona görə də macəra bir neçə həftədən sonra başa çatacaq”.
Qeyd edək ki, Mbappenin “Real”a keçməsi gözlənilir.