featured-image-46067

“Bu mənim oyundan sonra avtomobilimin vəziyyətidir. İnsanların belə vəziyyətdə ehtiyatlı davranması və hörmət etməsi lazımdır”.

Msport.az xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Kevin Medina şəxsi instaqram hesabında yazıb.

“Neftçi” ilə kubokun yarımfinal matçından sonra avtomobilinə ziyan dəyən müdafiəçi azarkeşlərə müraciət edib: “Maşında ailəm də ola bilərdi. Mənim üçün təhlükəli haldır. Öz adımdan xahiş edirəm. Bir daha heç kim üçün belə təhlükəli vəziyyət yaratmayın”.

Qeyd edək ki, “Qarabağ” “Neftçi”ni 4 cavabsız qolla üstələyib.

media-Screenshot_53

Bənzər xəbərlər